BAKI, 10 fevral. TELEQRAF

Finlandiya Xarici İşlər Nazirliyi Rusiya təyyarəsinin Finlandiya körfəzində hava sərhədlərini pozması ilə bağlı Rusiya səfiri Pavel Kuznetsovu çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə Finlandiya XİN-in sosial şəbəkə hesabında yazıb.

Xarici İşlər Nazirliyi Rusiya səfirini çağıraraq, hava məkanına müdaxilə ilə bağlı araşdırma aparılmasını tələb edib.

Yle portalının məlumatına görə, Finlandiya Müdafiə Nazirliyi bundan əvvəl rus təyyarəsinin Fin körfəzində ölkənin hava sərhədlərini pozduğunu bildirmişdi.