![](https://teleqraf.az/storage/2025/02/10/715x378/wr-96.jpg)
BAKI, 10 fevral. TELEQRAF
Yüzlərlə fermer miras qalan əkin sahələrinə tətbiq edilən yeni vergiyə etiraz etmək üçün traktorlarla Londonun mərkəzinə gəliblər.
Teleqraf xəbər verir ki, etirazçılardan bəziləri meydana tank da çıxarıblar.
Bu barədə “İndependent” qəzeti məlumat yayıb.
Xəbərdə deyilir: “Fermerlər nəqliyyat vasitələrini Uaytholl meydanında park etrsələr də, karvan Trafalqar meydanınadək uzanıb. Meydanda dörd tank da gözə dəyib".
Fermerlərin sözlərinə görə, etiraz aksiyasında təxminən iki min adamın iştirak edəcəyi gözlənilir.