BAKI, 9 fevral. TELEQRAF

Kursk istiqamətindəki döyüşlərdə Ukrayna Silahlı Qüvvələri (USQ) bir gündə 320-dən çox hərbçi və beş tank itirib.

Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Rus qoşunları üç əks-hücumunu dəf edərək irəliləməyə davam edir. Ukraynanın itkiləri arasında beş tank, beş piyada döyüş maşını, bir ABŞ istehsalı olan "Bradley" tipli BMD, üç zirehli transportyor, 16 döyüş zirehli maşını, 26 avtomobil, dörd artilleriya qurğusu, iki minomyot, İsrail istehsalı olan "RADA" hava mühafizə radar stansiyası, pilotsuz uçan aparatların idarəetmə mərkəzi və iki sursat anbarı da var", - məlumatda deyilir.

Nazirliyin açıqlamasında bildirilir ki, Kursk istiqamətindəki döyüşlər ərzində Ukrayna tərəfi ümumilikdə 58870-dən çox hərbçi, 355 tank, 259 piyada döyüş maşını, 204 zirehli transportyor, 1826 döyüş zirehli maşın, 1890 avtomobil, 422 artilleriya qurğusu, 48 reaktiv yayılma sistemləri üçün atəş qurğusu, o cümlədən 13 "HIMARS" və 6 "MLRS", habelə 18 zenit raket sisteminin atış qurğusunu itirib.