BAKI, 12 oktyabr. TELEQRAF
Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Vatslav Çerni Super Liqanın 7-ci turunda “Kocaelispor”la qarşılaşmada zədələnib.
Teleqraf xəbər verir ki, çexiyalı futbolçu matçın 38-ci dəqiqəsində xəsarət alaraq oyunu davam etdirə bilməyib. Onun əvəzinə İlhan Fakılı meydana daxil olub.
Çerninin zədəsinin ciddiliyi və bərpa müddəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur. Futbolçunun vəziyyəti əlavə müayinələrdən sonra qiymətləndiriləcək.
“Beşiktaş”ın Vatslav Çerninin xidmətindən növbəti turda yararlanıb-yararlanmayacağı da bu müayinələrin nəticəsindən asılı olacaq. Çexiyalı oyunçunun Super Liqanın 8-ci turunda “Trabzonspor”la keçiriləcək derbidə iştirak edib-etməyəcəyi hələlik bəlli deyil.