BAKI, 8 oktyabr. TELEQRAF
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqı dövlətlərinin Rusiya ilə qarşıdurma səbəbindən problemlərinin daha da dərinləşəcəyini proqnozlaşdırır.
Teleqraf xəbər verir ki, diplomat bu barədə brifinqdə bildirib.
“Avropa İttifaqı əvvəlcə ABŞ-nin təzyiqi altında, daha sonra isə ətalətdən ölkəmizlə qarşıdurma yoluna qədəm qoydu. Bu yol ona aktual məsələlərini həll etməyə imkan verməyəcək, hətta heç vaxt həll etməyə imkan verməyəcək. Çünki bu yol yalnız Avropanın qarşılaşdığı problemləri daha da dərinləşdirəcək”, - Zaxarova bildirib.