BAKI, 9 oktyabr. TELEQRAF
Özbəkistan 2027-ci il yanvarın 1-dən Müstəqil Dövlətlər Birliyinin (MDB) orqanlarına sədrliyi öz üzərinə götürəcək.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov MDB Liderlər Şurasının geniş tərkibdə keçirilən iclasında bildirib.
“Dövlət Başçıları Şurasının məhdud formatda iclası keçirildi və onun çərçivəsində MDB-yə sədrliyin 2027-ci il yanvarın 1-dən Özbəkistan Respublikasına keçəcəyi qərara alındı”, - Berdiməhəmmədov bildirib.
Məlumata görə, Azərbaycan 2027-də MDB çərçivəsində Özbəkistanla birlikdə həmsədr olacaq, 2028-ci ildə isə ilk dəfə tam sədrlik edəcək.
MDB-yə 2026-cı ildə Türkmənistan sədrlik edir.