BAKI, 8 oktyabr. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov Türkmənbaşı şəhərində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşüb.

Teleqraf xəbər verir ki, dövlət başçıları ikitərəfli əməkdaşlığın aktual məsələlərini və Qırğızıstan-Türkmənistan münasibətlərinin gələcək inkişaf perspektivlərini müzakirə edib.

Ticari-iqtisadi və enerji sahələrində əməkdaşlığın genişləndirilməsinə və nəqliyyat-logistika əlaqələrinin inkişafına xüsusi diqqət yetirilib.

Prezident Japarov əldə olunmuş razılaşmaların ikitərəfli əlaqələrin gələcək inkişafına yeni təkan verəcəyinə və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.