BAKI, 1 oktyabr. TELEQRAF

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Aşqabadda Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Mammetquli Astanaqulovla görüşüb.

Teleqraf xəbər verir ki, görüşdə iki ölkə arasında ticari-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, Ermənistan məhsullarının ixracı və işgüzar əlaqələrin fəallaşdırılması imkanları müzakirə olunub.

Mövcud potensialın reallaşdırılmasına və əməkdaşlığın müxtəlif sahələrində yeni imkanların tapılmasına istinad edilib.

Tərəflər işgüzar əlaqələrin fəallaşdırılmasının və qarşılıqlı faydalı birgə proqramların həyata keçirilməsinin vacibliyini vurğulayıblar.