BAKI, 28 sentyabr. TELEQRAF
“Ukraynanın dron istehsalı prosesini NATO ərazisinə köçürməsi səbəbindən Rusiyanın alyans ölkələrinə zərbələr endirməsi ehtimalı hərbi məqsədəuyğunluq məsələsi olaraq qalır”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik deyib.
“NATO ölkələrinə nöqtəvi zərbələr endirilməsi artıq müharibənin başqa mərhələsidir. Artıq burada hərbi-siyasi məqsədəuyğunluq məsələsi gündəmə gəlir”, - deputat bildirib.