BAKI, 3 sentyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Primorsk vilayətinin meşələrində pələnglə qarşılaşmasından danışıb.

Teleqraf xəbər verir ki, o, hadisə ilə bağlı təəssüratlarını Şərq İqtisadi Forumunun plenar sessiyasının iştirakçıları ilə bölüşüb.

“Bu yaxınlarda burada idim. Qubernatora təşəkkür edirəm, bir-iki gün təşkil etdi. Bunu bölüşməyə bilmərəm: maşınla meşədə gedirdik, qarşımıza pələng çıxdı. Maşının düz qarşısında gedir, quyruğunu yelləyir, tələsmədən hərəkət edirdi. O, tayqanın ağasıdır”, - Putin deyib.

Rusiya lideri qeyd edib ki, bu yerlərin bütün zənginliyinə baxmaq çox maraqlıdır.