BAKI, 23 oktyabr. TELEQRAF
Türkiyənin Adana vilayətinin Çukurova bələdiyyəsində tenderdə qanun pozuntuları və rüşvət iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində 34 nəfər həbs edilib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Həbs edilənlər arasında Çukurovanın hazırkı bələdiyyə sədri Əmrah Kozay və keçmiş bələdiyyə sədri Sonər Çətin də var.
Xatırladaq ki, Əmrah Kozay müxalif Yeni Partiyanın üzvüdür. O, 2026-cı il avqustun 7-də Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verərək, Yeni Partiyaya qoşulduğunu açıqlayıb.
Kozay 2024-cü ildə Çukurova bələdiyyə sədrliyinə CHP-nin namizədi kimi seçilib.