GƏNCƏ, 23 oktyabr. TELEQRAF
Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb.
Teleqrafın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.
1993-cü il təvəllüdlü Rəşad Məmmədov kürək nahiyyəsindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, adıçəkilən şəxsi 1996-cı il təvəllüdlü Ayxan Cəfərov bıçaqlamaqda şübhəli bilinir. Hər iki şəxs daha əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub.
Faktla bağlı araşdırma başlanılıb.