BAKI, 23 oktyabr. TELEQRAF

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin başçıları Ermənistanın üzvlüyü ilə bağlı qərarı noyabrın 11-də Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında verə bilərlər.

Teleqraf xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Talatbek Masadıkov məlumat verib.

İrəvanın təşkilatdan çıxması ehtimalı barədə danışan baş katib qeyd edib ki, əgər bu məsələ Kollektiv Təhlükəsizlik Şurasının iclasına çıxarılsa, bu, baş verə bilər: “Adətən təklifi ya sədrlik edən ölkə, ya da başqa bir ölkə irəli sürür. Yəni dövlət başçıları, Kollektiv Təhlükəsizlik Şurasının üzvləri”.

Masadıkov əlavə edib ki, Ermənistan nümayəndəsi hər həftə Daimi Şuranın iclaslarında iştirak edir və müzakirə olunan məsələlərlə bağlı öz ölkəsinin paytaxtına məlumat verir.