BAKI, 23 oktyabr. TELEQRAF

Salyan rayonunda bədbəxt hadisə baş verib.

Teleqraf xəbər verir ki, hadisə oktyabrın 22-də rayonun Çadırlı kəndində qeydə alınıb.

Kənd sakini Məmmədov Vaqif Hüseyn oğlu fərdi yaşayış evinin həyətində yerləşən istixanada elektrik naqillərinin çəkilməsi işlərini yerinə yetirərkən cərəyanın təsirinə məruz qalaraq ölüb.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.