BAKI, 17 avqust. TELEQRAF

Özbəkistanda Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən, bundan sonra övlad atasının adını soyad kimi istifadə edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.

Yeni dəyişikliklər milli ənənələrə uyğun olaraq ata və ya ana tərəfdən babanın adından istifadəyə də imkan verir.

Özbəkistan Senatı bildirib ki, bu dəyişikliklər vətəndaşlar üçün əlavə rahatlıq yaradacaq və onların seçimlərini milli-dini ənənələrə uyğun şəkildə nəzərə almağa imkan verəcək.