BAKI, 16 avqust. TELEQRAF

İndoneziyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatıb, 100-dən çox insan yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində 900-dən çox bina dağılıb, 450 evə ziyan dəyib, təxminən 5 min nəfər evini tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, zəlzələ şənbə günü İndoneziyanın Şərqi Nusa-Tenqara əyalətində 7,7 maqnitudada baş verib.

Sunami təhlükəsi ilə əlaqədar Flores adasının sahilində yaşayanlara evlərini tərk etmək və sahildən ən azı 2 kilometr uzaqda qalmaq tövsiyə olunub.