BAKI, 13 oktyabr. TELEQRAF

Əfqanıstan hakimiyyəti ölkədə BBC-nin radio yayımını dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə Əfqanıstan İnformasiya və Mədəniyyət Nazirliyinin şöbə müdiri Səfiullah Raid bildirib.

Qərar “BBC-nin təkrarlanan səhvləri səbəbindən” verilib. Amma ölkə rəsmisi hansı səhvlərə istinad etdiyini dəqiqləşdirməyib.

Əfqanıstanın “Ettelaat Ruz” qəzetinin məlumatına görə, korporasiyanın Əfqanıstan üçün radio proqramları yayımlanmağa davam edir, qısa və orta dalğalı radiolarda dinlənilə bilər.

BBC də ölkə daxilində radio yayımlarının dayandırıldığını təsdiqləyib.