BAKI, 16 avqust. TELEQRAF
Yaponiyanın Tiba prefekturasında baş verən güclü leysan yağışları nəticəsində həyatını itirənlərin sayı 10 nəfərə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə yerli administrasiya məlumat yayıb.
Həlak olanların böyük hissəsi su altında qalan avtomobillərində boğulan şəxslərdir. Hazırda Böyük Tokio ərazisinə daxil olan prefekturanın yollarında 1 200-dən çox sıradan çıxmış və tərk edilmiş avtomobil qalır.
Qeyd edək ki, avqustun 13-dən 14-dək davam edən leysanlar zamanı bəzi ərazilərə aylıq normadan üç dəfə çox — 350 mm-dək yağıntı düşüb, 1 100-dən çox evi su basıb. Təbii fəlakət zamanı 7 mindən çox sakini idman zallarında və ictimai binalarda təşkil olunmuş təxliyə məntəqələrinə yerləşdiriblər.