BAKI, 12 iyul. TELEQRAF

Səudiyyə Ərəbistanı İranın bölgədəki hərəkətlərini pisləyərək onları beynəlxalq hüququn və dəniz naviqasiyası azadlığının pozulması kimi qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin "X" hesabında bildirilib.

Bəyanatda İranın ticarət gəmilərinə qarşı təkrarlanan hücumlarının beynəlxalq hüququn prinsiplərini, BMT Nizamnaməsini, İslam Əməkdaşlıq Təşkilatının Nizamnaməsini və mehriban qonşuluq qaydalarını pozduğu bildirilib. Qeyd olunub ki, bu cür hərəkətlər dəniz təhlükəsizliyi və naviqasiya azadlığı üçün təhdid yaradır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı İranın son hücumlarının hədəfi olmasa da, ötən həftə Hörmüz boğazından keçən Səudiyyə neft tankerinə ziyan dəyib.