BAKI, 3 iyul. TELEQRAF
Özbəkistanda yanvar-may ayları arasında təbii qaz, neft və kömür istehsalı azalıb.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Milli Statistika Komitəsi məlumat yayıb.
İlin əvvəlindən bəri ölkədə 15,8 milyard kubmetr qaz hasil edilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz azdır.
Həmçinin nəzərdən keçirilən dövrdə respublikada 1,6 milyon ton kömür hasil edilib, bu da ötən illə müqayisədə 32,5 aşağıdır. Xüsusilə, may ayında bərk yanacaq hasilatı 300 min ton azalıb.
Beş ayda neft hasilatı da 3,3 faiz aşağı enib. Yanvar-may aylarında Özbəkistanda 261,9 min ton “qara qızıl” istehsal olunub.
Xatırladaq ki, ötən il Özbəkistan Rusiya qazının idxalını 15 faiz artırmışdı.