BAKI, 2 iyul. TELEQRAF
“Volodimir Zelenskinin (Ukrayna Prezidenti kimi – red.) hüquqi legitimliyi ciddi şəkildə şübhə altındadır”.
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kremlin sözçüsü brifinqdə Ukraynada prezident seçkilərinin keçirilməsi ilə bağlı mediada yayılan xəbərləri şərh edərkən bildirib:
“Putinin Zelenskinin legitimliyinin hüquqi baxımdan ciddi şəkildə şübhə altında olduğu barədə sözlərini xatırlamağa dəyər”.
Qeyd edək ki, Kreml Volodimir Zelenskini Ukrayna Prezidenti kimi tanımır.