BAKI, 11 iyun. TELEQRAF

“Hakimiyyətin dəyişməsinə baxmayaraq, erməni xalqı Rusiyanın tarixi rolunu və iki ölkə arasındakı münasibətlərin əhəmiyyətini xatırlayır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova deyib.

O bildirib ki, iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərə biləcək proseslərə vaxtında reaksiya vermək vacibdir.

“Əminəm ki, müxtəlif siyasətçilər gəldi-gedərdir, amma tarixən formalaşmış münasibətlər qalır. Baxmayaraq ki, Paşinyan dövründə tarix dərslikləri yenidən yazılır, amma erməni xalqının yaddaşı Rusiyanın Ermənistan tarixində nə demək olduğunu və bu münasibətlərin təkcə keçmiş üçün deyil, həm də gələcək üçün nə ifadə etdiyini xatırlayır”, - Pamfilova qeyd edib.

MSK sədri əlavə edib ki, Rusiya ilə Ermənistan arasında normal tərəfdaşlıq münasibətlərinə mane ola biləcək hadisələrin qarşısını almaq və ortaya çıxan problemlərə göz yummamaq üçün davam edən prosesləri öyrənmək vacibdir.