BAKI, 6 may. TELEQRAF

Rəsmi Pekin Rusiya-Ukraynaya müharibəsi zamanı əsir götürülmüş Çin vətəndaşları ilə bağlı məsələni izləyir və onların vətənlərinə qaytarılması üçün qanuni tədbirlər görür.

Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Sian deyib.

“Çin hökuməti Ukrayna tərəfini əsir götürülmüş Çin vətəndaşlarına münasibətdə beynəlxalq normalara riayət etməyə çağırıb”, - o bildirib.

Sian Çin hakimiyyətinin vətəndaşlarını əsirlikdən ən qısa müddətdə vətənlərinə qaytarmaq üçün bütün qanuni tədbirləri gördüyünü vurğulayıb.

Pekin həmçinin Çin vətəndaşlarını silahlı münaqişə zonalarına səyahət etməmək və hansısa dövlətin tərəfində hərbi əməliyyatlarda iştirak etməmək barədə xəbərdar edir.

Ukraynanın Hərbi Əsirlərlə Mübarizə üzrə Koordinasiya Qərargahının Katibliyinin rəhbəri Boqdan Oxrimenko bundan əvvəl bəyan edib ki, ötən il əsir götürülən iki çinli hələ də Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasındadır. Rusiya indiyədək onlarla maraqlanmayıb.