BAKI, 25 aprel. TELEQRAF
Tayvanın "xarici işlər nazirinin müavini" Fransua Vu ABŞ və Çin liderləri arasında gözlənilən mümkün müzakirələrlə bağlı "rəsmi Taybeyin" narahatlıqlarını ifadə edib.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
O bildirib ki, Tayvan tərəfi adanın taleyinin böyük dövlətlərin sövdələşmə obyektinə çevrilməsindən ehtiyat edir:
"Bizim ən çox qorxduğumuz məqam Tayvanın Si Cinpin və Donald Tramp arasındakı danışıqlarda "menyuya" qoyulmasıdır".
Qeyd edək ki, Donald Tramp mayın 14–15-də Çinə səfər edəcək.