BAKI, 11 mart. TELEQRAF

Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsi (DTK) Joqorku Keneşin (Parlament) keçmiş üzvü Kuvanıçbek Konqantiyevi saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

İlkin məlumata görə, keçmiş parlamentari barəsində istintaq tədbirləri davam etdirilir. Saxlanılmanın təfərrüatları və mümkün ittihamlar hələlik açıqlanmayıb.

Mənbələr bildirirlər ki, o, korrupsiya və qanunsuz varlanmada ittiham olunur. Bundan əvvəl sosial mediada Konqantiyevin ailəsinin aktivləri və onun Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Kamçıbek Taşiyevlə əlaqələri barədə məlumatlar yayılıb.

Keçmiş deputatın yaxın çevrəsinin cinayət məsuliyyətinə cəlb edildiyi deyilir. Hələlik rəsmi açıqlama verilməyib.