BAKI, 4 mart. TELEQRAF

Türkmənistanın Ər-Riyaddakı səfiri Məhəmmədgəldi Ayazov Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin Qarşılıqlı Əlaqələr Departamentinin direktoru Xalid Baxş ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan KİV məlumat yayıb.

Danışıqlar zamanı tərəflər hər iki ölkə üçün qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.