BAKI, 16 fevral. TELEQRAF
Ayvar Monoldorov Qırğızıstan Dövlət Neft Şirkətinin direktoru vəzifəsindən azad edilib.
Teleqraf xəbər verir ki, müvafiq əmri Qırğızıstan Baş naziri Adılbek Kasımalıyev imzalayıb.
Onun yerinə Timur Malbaşev təyin edilib. O, bundan əvvəl Nazirlər Kabineti yanında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Agentliyinin direktoru vəzifəsində çalışıb.