BAKI, 11 fevral. TELEQRAF

Qırğızıstan parlamentinin deputatı Dastan Bekeşev Qazaxıstan vətəndaşlarının Qırğızıstana girişi ilə bağlı sorğusuna Xarici İşlər Nazirliyinin verdiyi cavabı açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada bildirib.

Qurumun məlumatına görə, fevralın 3-də Prezident Administrasiyasında Qazaxıstan vətəndaşlarının Qırğızıstan ərazisinə giriş və hərəkət prosedurunun sadələşdirilməsi məsələsi üzrə məsləhətləşmələr keçirilib. 2023-cü il oktyabrın 10-dqa Nazirlər Kabinetinə müvafiq qərara dəyişikliklərin edilməsi ilə bağlı protokol layihəsinin hazırlanması tapşırılıb.

Hazırda aidiyyəti qurumlar güzəştlərin təqdim olunması üzərində çalışır və bu güzəştlər ilk növbədə etnik qırğızlara şamil ediləcək.

XİN beynəlxalq hüquq çərçivəsində qırğızların hüquq və qanuni maraqlarının müdafiəsi istiqamətində işi davam etdirəcəyini vəd edir.

Xatırladaq ki, 1 sentyabr 2025-ci il tarixindən Qazaxıstan vətəndaşlarının Qırğızıstanda qalması ilə bağlı yeni qaydalar qüvvədədir. Onlar ilk giriş tarixindən etibarən hər 180 gün ərzində ümumilikdə 90 gün Qırğızıstanda qala bilərlər. İstifadə olunan qalma günləri toplanır və hər sərhəd keçidində sıfırlanmır. Yeni hesablama yalnız Qırğızıstan ərazisindən fasiləsiz olaraq ən azı 90 təqvim günü kənarda qaldıqdan sonra başlayır.

Qalma yerində qeydiyyat ilk 30 gün ərzində tələb olunmur. Bu müddətdən artıq qaldıqda isə qeydiyyat məcburi olur.