BAKI, 2 fevral. TELEQRAF

Qazaxıstan Milli Statistika Komitəsi ölkə əhalisi haqqında yenilənmiş statistik məlumatları açıqlayıb.

Teleqraf xəbər verir ki, hazırda Qazaxıstan əhalisinin sayı 20 495 975 nəfərdir.

Bunlardan 10 477 240 nəfəri qadın, 10 018 735 nəfəri isə kişidir.

Qazaxıstanın şəhər əhalisi 13 029 803 nəfərə, kənd əhalisi isə 7 466 172 nəfərə çatıb.

2025-ci ilin əvvəli ilə müqayisədə (20 283 399 nəfər) əhali 212 576 nəfər artıb. Artımın əsas səbəbləri təbii artım (196 423 nəfər) və miqrasiyadır (16 153 nəfər).