BAKI, 5 yanvar. TELEQRAF
Özbəkistan Ticarət və Sənaye Palatasının sədri Suriyada səfərdə olub.
Teleqraf xəbər verir ki, səfər çərçivəsində Özbəkistan nümayəndə heyətinin üzvləri Suriya Ticarət Palataları Federasiyası və Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşlər keçiriblər.
Danışıqlarda Özbəkistan və Suriya arasında əməkdaşlığın inkişaf perspektivləri, qarşılıqlı ticarətin artırılması yolları və birgə müəssisələrin yaradılması müzakirə olunub.
Həmçinin Özbəkistanda istehsal olunan malların Suriyaya ixracı, məhsulların qiymətləri, nəqliyyat və logistika məsələləri barədə fikir mübadiləsi aparılıb. Bu sahədə danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb.
Qeyd edilib ki, turizm sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün iki ölkənin turizm nazirləri arasında qarşılıqlı səfərlərin təşkili və ya ilkin mərhələdə onlayn görüşlərin keçirilməsi imkanlarını araşdırmaq lazımdır.