Rusiya Ukrayna ilə danışıqlara və bütün məsələləri sülh yolu ilə həll etməyə hazırdır.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Əəvvəlki kimi, danışıqlara və son illərdə yaranan bütün problemləri sülh yolu ilə həll etməyə hazırıq”, - dövlət başçısı bildirib.

Putin iddia edib ki, Rusiya həmişə münaqişələrin sona qədər diplomatik həll yolları tapmağa çalışıb:

“Həqiqət budur ki, Rusiya hətta ən çətin şəraitdə belə, ən kiçik bir şans olduğu müddətcə, həmişə ziddiyyətlər və münaqişələrə diplomatik həllər tapmağa çalışıb. Və bu imkanlardan istifadə edilməməsinin məsuliyyəti tamamilə bizimlə güc yolu ilə danışa biləcəklərinə inananların üzərinə düşür”.