BAKI, 17 dekabr. TELEQRAF
“2022-ci il üçün müəyyən edilmiş xüsusi hərbi əməliyyatın (müharibənin) məqsədlərinə nail olunacaq”.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasında çıxış edərkən deyib.
“Xüsusi hərbi əməliyyatın məqsədlərinə mütləq nail olunacaq. Bunu etməyə və münaqişənin kök səbəblərini diplomatiya yolu ilə həll etməyə üstünlük verə bilərik, amma qarşı tərəf və onun xarici havadarları əsaslı müzakirələrdən imtina etsələr, Rusiya tarixi torpaqlarının (ukraynanın suveren ərazilərini nəzərdə tutur - red.) hərbi yolla azad edilməsinə nail olacaq”, - o bildirib.