BAKI, 4 dekabr. TELEQRAF
“Çin Ukrayna üzrə bütün tərəflər üçün qəbul edilə bilən sülh sazişinə nail olunacağına ümid edir”.
Teleqraf xəbər verir ki, bunu Çin Sədri Si Cinpin Fransanın Prezidenti Emmanuel Makronla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
“Bugünkü dünya olduqca qeyri-sabitdir, bir çox nöqtələrdə beynəlxalq siyasi mübahisələr və münaqişələr alovlanır, bunlar mürəkkəb və həlli çətin məsələlərdir. Ukrayna böhranına gəlincə, Çin sülhə yönəlmiş bütün səyləri dəstəkləyir və ümid edir ki, bütün tərəflər dialoq və danışıqlar yolu ilə bütün iştirakçı tərəflər üçün qəbul edilə bilən, ədalətli, uzunmüddətli və məcburi qüvvəyə malik sülh sazişinə nail olacaqlar. Çin böhranın siyasi yolla həllində konstruktiv rol oynamağa davam edəcək”, - o bildirib.