BAKI, 16 oktyabr. TELEQRAF
Qazaxıstan Senatı Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (yuyulması) və terrorizmin maliyyələşdirilməsi risklərinin qiymətləndirilməsi üzrə Beynəlxalq Mərkəzin yaradılması haqqında sazişi ratifikasiya edib.
Teleqraf xəbər verir ki, beynəlxalq mərkəzin məqsədi çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi və digər maliyyə cinayətləri ilə bağlı MDB ölkələri arasında məlumat mübadiləsi üçün vahid məkan yaratmaqdır.
Saziş həmçinin MDB ölkələrinin Maliyyə Kəşfiyyatı Bölmələri Rəhbərləri Şurasının səlahiyyətlərini də müəyyən edir.