BAKI, 29 sentyabr. TELEQRAF

Özbəkistan 2035-ci ildə böyük gücə malik Atom Elektrik Stansiyasını (AES) tam istismara verməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Atom Enerjisi Agentliyinin (“Uzatom”) direktoru Əzim Əhmədxocayev məlumat verib.

Cizzax rayonunda kiçik AES-in birinci enerji bloku 2029-cu ildə, ikincisi isə 6 aydan sonra işə salınacaq. Əhmədxocayevin sözlərinə görə, reaktor avadanlıqlarının istehsalına artıq başlanılıb və bütün işlər qrafikə uyğun aparılır.

İri AES-in tikintisinin vaxtı ilə bağlı sualı cavablandıran “Uzatom” rəhbəri qeyd edib ki, birinci enerji bloku 2033-cü ildə, ikincisi isə 2035-ci ildə istismara veriləcək.