BAKI, 26 sentyabr. TELEQRAF
Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Türkiyənin tezliklə Rusiyadan neft alışını dayandıra biləcəyi ilı bağlı açıqlamasına cavab verib.
Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib.
“Türk Axını” (neft kəməri) tam gücü ilə işləyir. Türkiyə ilə ticari-iqtisadi əməkdaşlığımızı davam etdiririk. O, suveren dövlətdir və bizimlə hansı sahələrdə əməkdaşlıq edəcəyinə özü qərar verir”, - Peskov qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşdən sonra Ankaranın onun istəyi ilə Rusiyadan neft alışını dayandıra biləcəyinə inandığını bəyan edib.
“İnanıram ki, o, buna son qoyacaq”, - Amerika lideri vurğulayıb.