BAKI, 23 sentyabr. TELEQRAF

Türkmənistan xarici işlər nazirinin müavini Axmet ​​Qurbanov Çin hökumətinin baş katibinin müavini Syu Qinqşan ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Türkmənistan-Çin strateji tərəfdaşlığının hazırkı vəziyyətini və perspektivlərini nəzərdən keçirib, ən yüksək səviyyədə müntəzəm təmasların vacibliyini vurğulayıblar.

Regional əlaqələrin inkişafına, mədəni-humanitar əməkdaşlığa, innovasiyalar, süni intellekt və şəhər infrastrukturu sahələrində birgə layihələrə xüsusi diqqət yetirilib.

Elm və təhsil sahələrində əlaqələrin genişləndirilməsi müzakirə olunub.

Görüşdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsində idman sahəsində əməkdaşlığın rolu da qeyd edilib.