BAKI, 23 noyabr. TELEQRAF

İtaliya ilə Azərbaycan arasında sənaye sahəsində əlaqələrin inkişafı gələcəkdə daha da möhkəm əməkdaşlığa imkan yaradacaq.

Teleqraf xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.

O vurğulayıb ki, sənaye sahəsində əlaqələrin genişləndirilməsi Azərbaycanla İtaliya arasında gələcək əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün yeni imkanlar yaradacaq.