BAKI, 23 noyabr. TELEQRAF
Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş təsdiq edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, 2026-cı il sentyabrın 30-da Bakı şəhərində imzalanmış saziş qüvvəyə mindikdən sonra Müdafiə Sənayesi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Xarici İşlər Nazirliyinə isə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çex Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.