BAKI, 23 sentyabr. TELEQRAF
“Qırğızıstan Rusiya ilə vahid təhsil məkanını saxlamaq və rus dilindən rəsmi dil kimi istifadəni davam etdirmək niyyətindədir”.
Teleqraf xəbər verir ki, bunu Qırğızıstan baş nazirin müavini Ədil Baysalov deyib.
“Heç kim şübhə etmir ki, biz Rusiya ilə vahid təhsil məkanımızı qoruyub saxlamalıyıq. Rus dili bizim rəsmi dilimizdir və burada demək olar ki, hamı rus dilində sərbəst danışır. Mən respublikamızın rəhbərliyi, bütün hökumətimiz adından bir daha demək istəyirəm: rus dili bizim üçün körpü və bilik mənbəyi kimi qalacaq və bundan sonra da xidmət edəcək”, - baş nazirin müavini qeyd edib.