BAKI, 17 mart. TELEQRAF

Çin heç vaxt Ukraynadakı münaqişəyə görə Rusiyaya silah verməyib.

Teleqraf xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin deyib.

“Çin həmişə Ukrayna məsələsində sülh və dialoqu fəal şəkildə təşviq edib, heç vaxt münaqişə tərəflərindən heç birinə öldürücü silahlar verməyib və ikili təyinatlı mallara ciddi nəzarət edib”, - diplomat bildirib.

Xatırladaq ki, ötən həftə G7 ölkələrinin xarici işlər nazirləri İran və Şimali Koreyadan Rusiyaya hərbi dəstəyi, eləcə də Çinin silah və ikili təyinatlı komponentlər verməsini pisləyiblər. Bəyanatda deyilir ki, Çin Ukraynada müharibəni davam etdirməsi üçün Rusiya silahlı qüvvələrinin reabilitasiyasında əsas yardımı göstərən ölkədir.