BAKI, 17 noyabr. TELEQRAF
Noyabrın 17-də Parisdə həmkarlar ittifaqları və tələbə təşkilatlarının çağırışı ilə təşkil edilən nümayişdə 28 min nəfər iştirak edib.
Teleqraf xəbər verir ki, hakimiyyət orqanları etirazın sakit bir atmosferdə, heç bir ciddi insident olmadan baş tutduğunu qeyd edib.
Sentyabrın sonlarından bəri Fransada kütləvi etirazlar keçirilir. Şagirdlər aksiyalar keçirərək təhsildəki problemləri gündəmə gətiriblər. Oktyabr ayında həmkarlar ittifaqları da əmək haqqının artırılmasını və hökumətin əlavə qənaət tədbirlərindən imtina etməsini tələb edib.