BAKI, 20 oktyabr. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens gələn həftə İsrail parlamentinə (Knesset) keçiriləcək seçkilərdə Baş nazir Benyamin Netanyahuya dəstək verməkdən imtina edib.
Teleqraf xəbər verir ki, bu barədə o, 2WAY portalına müsahibəsində deyib.
Netanyahuya dəstək məsələsi ilə bağlı sualı cavablandıran Vens bildirib:
“ABŞ-dı amerikalı namizədləri dəstəkləyirəm, diqqətimi Konqresə keçiriləcək aralıq seçkilərə yönəltmişəm. Buna görə də İsraildəki seçkilərə müdaxilə etməyəcəyəm”.
Oktyabrın 18-də ABŞ Prezidenti Donald Tramp Netanyahuya dəstəyini ifadə edib və o, seçkilərdən sonra yenidən hökumətə rəhbərlik edə bilməsə, İsrailin başqa bir baş naziri ilə sıx əməkdaşlıq etməyə biləcəyini bildirib.
İsraildə parlament seçkiləri oktyabrın 27-də keçiriləcək. Seçkilərin nəticələrinə əsasən, Knessetin yeni tərkibi formalaşacaq. Daha sonra ən çox mandat qazanan partiyanın liderinə yeni hökuməti qurmaq tapşırılacaq.
Son sorğulara görə, Netanyahunun “Likud” Partiyasının rəhbərlik etdiyi hazırkı hakim koalisiya bloku ilə birləşmiş müxalifət bərabər mövqedədir.