BAKI, 22 oktyabr. TELEQRAF

“ABŞ İordan çayının qərb sahilinin İsrailə birləşdirilməsi ideyasını dəstəkləmir”.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən “Reuters” agentliyinə bildirilib.

“Qərbi Şəriyədə sabitlik İsrailin təhlükəsizliyinin qorunmasına kömək edir və bu hökumətin bölgədə sülhə nail olmaq məqsədinə uyğundur”, - məlumatda qeyd olunub.