BAKI, 22 oktyabr. TELEQRAF

“ABŞ İran İslam Respublikasını məsuliyyətə cəlb etmək üçün bütün vasitələrdən istifadə edəcək”

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən “Reuters” agentliyinə bildirilib.

“İran İslam Respublikası enerji gəlirlərini ABŞ-nin müttəfiqlərinə qarşı hücumları maliyyələşdirmək, terrorizmi dəstəkləmək və sabitliyi pozan fəaliyyətlər həyata keçirmək üçün istifadə etdiyi müddətdə, ABŞ Tehranı məsuliyyətə cəlb etmək üçün əlində olan bütün vasitələrdən istifadə edəcək”, - qurum vurğulayıb.