BAKI, 8 oktyabr. TELEQRAF
ABŞ hərbi komandanlığı Prezident Donald Tramp üçün İranda genişmiqyaslı hərbi əməliyyatların keçirilməsinə dair yeni variantlar hazırlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “NBC News” mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, prezident və milli təhlükəsizlik üzrə komandası noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərindən əvvəl, yaxın həftələrdə hərbi əməliyyatların yenidən başlanması imkanını müzakirə edib.
Məlumata görə, Trampın komandasının üzvləri ötən həftə Kemp-Deviddə keçirilən görüşdə ABŞ-nin İrana və Yəməndə husilərə münasibətdə strategiyasını müzakirə ediblər. Görüşdən sonra ABŞ hərbçiləri İranda əməliyyatların keçirilməsinə dair yeni variantlar hazırlayıblar. Mənbələr qeyd ediblər ki, hələlik heç bir qərar qəbul olunmayıb.