BAKI, 5 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp prezident seçkilərinin yaxşı təşkilinə görə Braziliyanın əvəzinə Hindistanı tərifləyib.
Teleqraf xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsindəki paylaşımında bildirib.
“Bu gün Hindistanda prezident seçkilərinin birinci turunda 125 milyon insan səs verib. Nəticələr seçki məntəqələri bağlandıqdan qısa müddət sonra, elə həmin gün elan edilib”, - prezident yazıb.
Tramp həmçinin ABŞ-nin bir sıra şəhər və ştatlarının hakimiyyət orqanlarını seçkilərdən sonra səslərin hesablanmasına həftələrlə vaxt sərf etdiklərinə görə tənqid edib. Ardınca paylaşım redaktə edilib və Hindistanın əvəzinə Braziliya əlavə olunub.
Oktyabrın 4-də keçirilən seçkilərin birinci turunda Flavio Bolsonaro 47 faizdən çox səs toplayaraq qalib gəlib və hazırkı Prezident Luis İnasiu Lula da Silvanı 2 faiz qabaqlayıb. Səsvermənin həlledici, ikinci turu oktyabrın 25-də keçiriləcək.