BAKI, 14 avqust. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens İranı üzərinə götürdüyü öhdəliklərə əməl etməməkdə ittiham edib.
Teleqraf xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində danışıb.
“Tehran razılaşma əldə edir, sonra ona əməl etmir. Düşünürəm ki, burada problem iranlıların bəzən yerinə yetirmədikləri öhdəliklər götürmələridir. Razılığa gəlirlər, sonra isə ona əməl etmirlər”, - Vens bildirib.
Vitse-prezident hazırda ABŞ-nin İran qarşısında güclü mövqedə olduğunu da vurğulayıb.
Ceyms Devid Vensin sözlərinə görə, ABŞ İranı tələb olunan addımları atmağa məcbur etmək üçün çoxsaylı vasitələrə malikdir: “Prezident Trampın çoxsaylı diplomatik, hərbi və iqtisadi vasitələri var, o, arzuolunan nəticəyə nail olmaq üçün bu vasitələrdən pərdəarxasında seçici və strateji şəkildə istifadə edir”.
Həmçinin əlavə edib ki, proses öz mahiyyətinə görə tamamilə proqnozlaşdırıla bilməz, çünki İranın davranışı gözlənilməzdir, bəzən öhdəliklərini yerinə yetirmir.