BAKI, 29 iyul. TELEQRAF

“İran çox ağır zərbələr alacaq və sərt şəkildə cəzalandırılacaq”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İranın İordaniyaya hücumları ilə bağlı danışarkən deyib.

Tramp həmçinin ABŞ və Səudiyyə Ərəbistanının İraqda İranın dəstəklədiyi silahlı qruplaşmalara qarşı həyata keçirdiyi hava zərbələrinin İraq hökuməti ilə koordinasiyalı şəkildə reallaşdırıldığını bildirib.

ABŞ Prezidenti həmin silahlı qruplaşmaları “dünya üçün xərçəng” adlandıraraq, İranın proksi qüvvələrinə və onların Tehranla əlaqələrinə qarşı əlavə tədbirlərin görülməsinin nəzərdən keçirildiyini bildirib.

Donald Tramp əlavə edib ki, hazırda İsrail Baş naziri Benyamin Netanyahunun İranla bağlı mövqeyini daha yaxşı başa düşür.

ABŞ ilə İran arasında danışıqların davam etdirilməsi ehtimalı barədə suala cavabında isə Tramp qeyd edib: “Qoy danışıqlarını davam etdirsinlər”.