BAKI, 30 iyun. TELEQRAF
ABŞ Türkiyənin Rusiyadan aldığı S-400 sistemlərindən imtina etməsi halında F-35 təyyarələrinin satılması ideyasına yenidən baxa bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb.
Nəşrin mənbələrinə görə, ABŞ Türkiyənin həmin sistemləri Rusiyaya qaytarmaq əvəzinə, üçüncü ölkəyə satmasını istəyir.
Cənubi Koreya mümkün alıcılardan biri kimi göstərilir.
ABŞ 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri aldığına görə Türkiyəni F-35 proqramından kənarlaşdırıb.